[b]Roman Qriqorçuk: “Çernomorets”in futbolçularını “Qəbələ”yə gətirmək istəyirəm[/b]
22.12.2014 - 12:53
[b]Roman Qriqorçuk: “Çernomorets”in futbolçularını “Qəbələ”yə gətirmək istəyirəm[/b]

“Qəbələ”yə ukraynalı futbolçular gətirmək istəyirəm. Xüsusən, “Çernomorets”də birgə işlədiyim oyunçularla yaxından maraqlanırıq. Amma onların adlarını açıqlamaq fikrim yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.   

 

Ukraynanın sport-express.ua saytına danışan 49 yaşlı çalışdırıcı Qəbələ şəhərini tərifləyib: “Qəbələ balaca şəhərdi, amma burda futbolun inkişafı üçün hər şey var. Əla stadion, komfortlu otellər, baza və uşaqlar üçün akademiya yüksək səviyyədədi. Qəbələ çox rahat şəhərdi. Burda həm işləmək, həm də ürəkdən dincəlmək olar”.

 

Yuri Syomin və Dorinel Muntyanunun dalınca danışmaq istəməyən Qriqorçuk Azərbaycan çempionatının səviyyəsinin aşağı olmadığını bildirib: “Syomin və Muntyanunun işinə qiymət vermək mənlik deyil. Mənim öz hədəflərim, öz oyun tərzim var. Düşünmək lazım deyil ki, Azərbaycan Premyer Liqası çətin çempionatdı. Təbii ki, Azərbaycan və Ukrayna çempionatlarını müqayisə etmək istəmirəm. Amma canlı izlədiyim oyunlar məni yaxşı mənada təəccübləndirib. Azərbaycan futbolunun səviyyəsi heç də aşağı deyil”.

 

Qriqorçuk “Digər klublardan təklif ola-ola, niyə məhz “Qəbələ”ni seçdiniz?” sualına belə cavab verib: “Təklif aldığım digər klublar haqda danışmaq istəmirəm. Çünki bu, “Qəbələ”yə qarşı hörmətsizlik olar. Mən artıq seçimimi etmişəm, “Qəbələ”nin baş məşqçisiyəm”.

0