[b]Ağasəlim Mircavadov Tuyqun Nadirovla görüşündən danışdı[/b]
22.12.2014 - 15:45
[b]Ağasəlim Mircavadov Tuyqun Nadirovla görüşündən danışdı[/b]

“Bu gün Tuyqun Nadirovla görüşdük. Görüşdə bir sıra məsələləri müzakirə etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

 

Klublar Komitəsinin sədri ilə görüşdən danışan təcrübəli mütəxəssis belə iclasları tez-tez keçirəcəklərini qeyd edib: “Tuyqun müəllimlə fikir mübadiləsi apardıq. Çalışacağıq ki, iki komitə bir-biri ilə sıx əlaqədə olsun. Ayda heç olmasa, 1 dəfə görüşməyə qərar verdik. Klublar bizim üçün çox önəmlidi. Çünki hər şey ilk növbədə, klubdan başlayır. Onlarda işlər qaydasında olsa, bu, milliyə də müsbət təsir edəcək. Biz öz üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirəcəyik. Daim klublara tövsiyələrimizi verib, onların inkişafına çalışacağıq”.  

0