Rusiya yığması ermənini Bakıya gətirəsi olmadı - FOTO
25.12.2014 - 11:59
Rusiya yığması ermənini Bakıya gətirəsi olmadı - FOTO

Kişi şahmatçılardan ibarət Rusiya millisi Bakıya erməni baş məşqçi Yuri Doxayanın rəhbərliyi altında gəlməyəcək. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız 2011-ci ildən birgə işlədikləri 50 yaşlı çalışdırıcının xidmətindən imtina ediblər.

 

Rusiya Şahmat Federasiyasının İdarə Heyətinin sədri Mark Qluxovski bildirib ki, Doxayanla başa çatan müqavilənin uzadılmamağında əsas səbəb millinin Tromsedə keçirilən Olimpiadada ümidləri doğrultmamağıdı. Qurum rəsmisinin sözlərinə görə, baş məşqçidən fərqli, digər çalışdırıcılar – Aleksandr Motılyevlə Vladimir Potkin komandada işini davam etdirəcək.

 

Qeyd edək ki, şimal qonşularımız gələn ilin sentyabr-oktyabrında Bakıda keçiriləcək Dünya Kubokunda millimizin əsas rəqiblərindəndi.

0