Teymur Rəcəbovun ilki
16.01.2015 - 09:40
Teymur Rəcəbovun ilki

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirdə V turun matçları başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk 4 oyunda cəmi 1,5 xal toplayan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 5-ci oyun gününü uğurla başa vurub.

 

Təmsilçimiz 2015-ci ildə ilk qələbəsini Uesli So (ABŞ) üzərində qazanıb. Qara fiqurlarla aktivinə 1 xal əlavə edən Rəcəbov 9-cu pilləyə yüksəlib.

 

Turnir cədvəlinə isə yenə ukraynalı Vasili İvançuk başçılıq edir. O, Teymura qalib gələn Din Lirenlə heç-heçə etsə də, əsas rəqiblərinin də xal bölgüsü xeyrinə işləyib.

 

Qrossmeysterimizin VI turda Lyuk Van Veli ilə zəkasını yoxlayacaq.

 

Turnir cədvəli: Vasili İvançuk (Ukrayna) – 4 xal; Din Liren (Çin), Radoslav Vojtaşek (Polşa) – 3,5; Fabiano Karuana (İtaliya), Aniş Qiri (Hollandiya), Maqnus Karlsen (Norveç) – 2, Uesli So (ABŞ) – 3; Maksim Vaşye-Laqrev (Fransa), Teymur Rəcəbov (Azərbaycan) – 2,5; İvan Şariç (Xorvatiya) – 2; Levon Aronyan (Ermənistan), Lyuk Van Veli (Hollandiya), Hou İfan (Çin) – 1,5; Baadur Jobava (Gürcüstan) – 0,5.

0