"Fənərbaxça" Avropada liderdir
11.03.2024 - 10:38
"Fənərbaxça" Avropada liderdir

"Fənərbaxça" bu mövsüm liqada cəza meydançası xaricindən vurduğu qollarla diqqət çəkib.

Apasport.az xəbər verir ki, Super Liqanın 29-cu turunda "Pendikspor"u 4:1 məğlub etdiyi matçda "bülbüllər" cəza meydançası xaricindən 2 qolla fərqlənib. 

Beləliklə, "sarı-göylülər" bu mövsüm cərimə meydançası xaricindən vurduğu qolların sayını 12-yə yüksəldib.

"Fənərbaxça" Super Liqada və Avropanın 5 böyük liqasında cərimə meydançası xaricindən ən çox qol vuran komandadır.

İstanbul nəhənginin cərimə meydançası xaricindən vurduğu qolların bölgüsü belədir:

İrfan Can Kahveci: 4 qol

Cengiz Ünder: 4 qol

Mert Hakan Yandaş: 2 qol

Sebastian Şimanski: 2 qol

0