Okan Buruk əməliyyat olunub
25.10.2024 - 17:37
Okan Buruk əməliyyat olunub

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Buruk əməliyyat olunub.

Apasport.az xəbər verir ki, “Qalatasaray” klubundan Okan Burukun apendisit əməliyyatı olunduğu açıqlanıb.

Bildirilib ki, baş məşqçi özünü narahat hiss etdiyindən apendisit şübhəsi ilə xəstəxanaya gedib.

Müayinələrdən sonra cərrahiyyə əməliyyatına qərar verilib.

0