"Arsenal"la matç öncəsi "Liverpul"da itki
25.10.2024 - 14:56
“Liverpul” İngiltərə Premyer Liqasının IX turunda “Arsenal”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, “qırmızılar”ın futbolçusu Dieqo Jota “topçular”la matçda oynamayacaq.
Bu barədə komandanın baş məşqçisi Arne Slot yerli mətbuata açıqlamasında deyib.
Jota zədəsi səbəbindən görüşü buraxacaq.
Oktyabrın 27-də keçiriləcək “Arsenal” – “Liverpul” oyununa saat 20:30-da start veriləcək.
- Leon Beyli "Hall Siti"yə doğru: Prezident açıqladı
- Acun Ilıcalı: "Türkiyədəki neqativ mühitdən bezdim"
- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
0
0