Hans-Diter Flik: "Real"la oyunu səbirsizliklə gözləyirik"
25.10.2024 - 16:44
Hans-Diter Flik: "Real"la oyunu səbirsizliklə gözləyirik"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 11-ci turunda "Real"a qarşı keçirəcəkləri matç haqqında danışıb.

Apasport.az xəbər verir ki, mütəxəssis bu oyunun Kataloniya təmsilçisi üçün çox vacib olduğunu vurğulayıb: 

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Fərqli ideyalarımız var, fərqli oynaya bilərik. “Bavariya” ilə oyunda başa düşdük ki, bəzi şeyləri yaxşılaşdırmalıyıq. İndi biz "Real"ın oyununa və üslubuna uyğunlaşmalı olacağıq. "Real" yaxşı, hazırlıqlı komandadır. Amma mən öz futbolçularıma güvənirəm".

Qeyd edək ki, "El-Klassiko" sabah Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0