23 Avqust 16:48 Rio-2016: Belarus yığmasından qeyri-adi addım
Rio-2016 xəbərləri 23 Avqust 16:48
1106 baxış

Rio-2016: Belarus yığmasından qeyri-adi addım

Belarus Paralimpiya Komitəsi qeyri-adi addımla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bu ölkənin yığması Rio Paralimiya Oyunlarının açılış mərasimində parada 2 ölkənin bayrağı ilə çıxacaqlar.

 

Belarusla yanaşı, Rusiya bayrağını da əlində tutacaq paralimpiyaçılar bununla da yarışlardan kənarlaşdırılan şimal qonşularımıza dəstək olacaqlar. Bunu komitənin sədri Oleq Şepel açıqlayıb. O, yığma üzvlərinə tapşırığı özü verdiyini deyib: “Mən Belarus Paralimpiya Komitəsinin rəhbəri kimi nə indi, nə də Braziliyada susmaq fikrində deyiləm. Hətta tapşırıq vermişəm ki, Oyunlar üçün ölkə bayrağı ilə yanaşı, Rusiya bayrağı da götürsünlər. Mən özüm də belə edəcəm”.

 

Qeyd edək ki, Rio Paralimpiya Oyunları sentyabrın 7-də başlayacaq. 

Xəbər lenti