[b]“Azərbaycan əsl qəhrəmanlıq nümayiş etdirdi” - Aleksey Dreyev[/b]
07.11.2017 - 09:55
[b]“Azərbaycan əsl qəhrəmanlıq nümayiş etdirdi” - Aleksey Dreyev[/b]

“Azərbaycan fantastik əzmkarlıq nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı şahmatçı Aleksey Dreyev deyib.

 

48 yaşlı qrossmeyster Azərbaycan millisinin Yunanıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirib. O “chess-news.ru”ya deyib ki, şahmatçılarımız əzmkar oyun sayəsində çempionluğu haqq ediblər: “Çox uğursuz startdan sonra irəli çıxmaq və Rusiyaya qalib gəlmək, özü də belə asanlıqla qalib gəlmək... Azərbaycan komandası əsl qəhrəmanlıq nümayiş etdirdi”.

 

Qeyd edək ki, 14 xal toplayaraq Rusiyanı əlavə göstəricilərdə qabaqlamaqla qızıl medal qazanan millimiz şimal qonşularımıza VIII turda 3:1 hesabı ilə qalib gəlib. 

0