27 Fevral 09:47 Məmmədyarovalar mükafatdan kənar qaldılar
STOLÜSTÜ OYUNLAR xəbərləri 27 Fevral 09:47
465 baxış

Məmmədyarovalar mükafatdan kənar qaldılar

Qadın şahmatçılar arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın qalibi adını Xanım Balacayeva (2234) qazanıb.

 

17 yaşlı şahmatçı 9 matçdan 6,5 xal toplayıb. O, ikinci yeri tutan Günay Məmmədzadəni (2333) əlavə göstəricilərə görə qabaqlayıb. İlk “üçlüy”ü isə 6 xal yığan Gülnar Məmmədova (2357) qapayıb.

 

Yığmamızın liderlərindən olan Zeynəb Məmmədyarova (2221) 4-cü, bacısı Türkan (2232) 5-ci yeri tutub. Onların hər ikisi 5,5 xal toplayıb. 

Xəbər lenti