[b]Şəhriyar Məmmədyarovdan növbəti bərabərlik - YENİLƏNİB[/b]
02.06.2018 - 22:29
[b]Şəhriyar Məmmədyarovdan növbəti bərabərlik - YENİLƏNİB[/b]

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün V turun görüşləri keçirilib.

 

Tur çərçivəsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb.

  

“Altibox Norway Chess” superturniri

 

V tur

 

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Hikaru Nakamura (ABŞ) - 0.5:0.5

 

Maqnus Karlsen (Norveç) – Vişvanatan Anand (Hindistan) - 0.5:0.5

 

Uesli So (ABŞ) – Dinq Liren (Çin) - 0.5:0.5

 

Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya) - 1:0

 

Maksim Vaşye-Laqrav (Fransa) – Levon Aronyan (Ermənistan) - 0.5:0.5

 

Turnir cədvəli: Karlsen – 3.5 xal; Karyakin, Nakamura, Anand, Aronyan - 2.5; So, Məmmədyarov, Liren, Vaşye-Laqrav, Karuana – 2.

0