[b]Təmsilçilərimizdən növbəti heç-heçə, lider dəyişmədi - YENİLƏNİB[/b]
23.04.2018 - 19:46
[b]Təmsilçilərimizdən növbəti heç-heçə, lider dəyişmədi - YENİLƏNİB[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, yarışda bu gün V turun oyunları təşkil olunub.

 

Yığmamızın liderlərindən Şəhriyar Məmmədyarovla Rauf Məmmədov ağ fiqurlarla oynayıb. Onlar müvafiq olaraq, Aniş Giri və Sergey Karyakinlə üz-üzə gəlib və heç-heçə ilə razılaşıblar.

 

Digər həmyerlimiz Teymur Rəcəbov isə Dinq Lirenlə qarşılaşıb. “Sülhsevər oğlan” qara fiqurlarla bu gün də ənənəsinə sadiq qalıb.

 

“Shamkir Chess 2018”

V tur

23 aprel

 

Dinq Liren (Çin, 2778) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Aniş Giri (Hollandiya, 2777) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan, 2704) - Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

Maqnus Karlsen (Norveç, 2843) - Radoslav Voytaşek (Polşa, 2744) - 1:0

David Navara (Çexiya, 2745) - Veselin Topalov (Bolqarıstan, 2749) - 0:1

 

Turnir cədvəli: Topalov - 3,5 xal; Karlsen - 3; Karyakin, Məmmədov, Rəcəbov, Giri, Dinq - 2,5; Navara, Voytajek, Məmmədyarov – 2.

0