31 Mart 17:45 “Yüzlük”də azərbaycanlı qalmadı
STOLÜSTÜ OYUNLAR xəbərləri 31 Mart 17:45
588 baxış

“Yüzlük”də azərbaycanlı qalmadı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprel üçün müəyyənləşən 100 ən güclü arasında Azərbaycan qrossmeysterlərinin sayı dəyişməz qalıb.

 

Top-100-də yer alan 5 şahmatçımızdan ən yaxşı nəticə son aylar olduğu kimi, yenə  Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ayla müqayisədə mövqeyi dəyişməz qalan qrossmeysterimiz 10-cu yerdədi. O, 2772 reytinq xalına malikdi.

 

Son yarışlarda iştirak etməyən Teymur Rəcəbov (2710) isə geriləməkdə davam edir. O, yeni siyahıda 37-ci pilləyə enib.

 

Rauf Məmmədovun (2689) mövqeyində dəyişiklik olmayıb. O, keçən ay olduğu kimi 53-cüdü. Ondan fərqli, Eltac Səfərli (2680) geriləyib. Qrossmeysterimiz yeni siyahıda 1 pillə aşağı endiyindən 63-cüdü.

 

Milliləşdirilmiş yeganə legionerimiz Arkadi Naydiç (2702) də geriləyənlər sırasındadı. Latviya əsilli zəka sahibimiz 1 rəqibini özündən irəli buraxmaqla, 42-ci yerə düşüb.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2838) başçılıq edir. Uelsli Sonun (ABŞ, 2822) ikinci olduğu cədvəldə Fabiano Karuana (ABŞ, 2817) 3-cüdü.

 

Qadınların cədvəlində ən güclülər arasında isə artıq Azərbaycan təmsilçilərindən heç kim yoxdu. Burdakı yeganə şahmatçımız Gülnar Məmmədova ötən ay 85-ci olsa da, bu dəfə “100-luy”ü tərk edib. Bu siyahıya isə çinli Yifan Hou (2649) başçılıq edir.

 

Xəbər lenti