2 Mart 13:50 Azərbaycan basketbolu "can verir"
TOP OYUNLARI xəbərləri 2 Mart 13:50
1667 baxış

Azərbaycan basketbolu "can verir"

FİBA kişi komandalarının yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilin ilk siyahısı Azərbaycan üçün uğursuz alınıb.

 

Belə ki, yığmamız cədvəldə 115-ci sıraya düşüb. Samit Nuruzadənin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisədə 19 pillə geriləyib. Uçuruma yuvarlanan millimiz Avropa ölkələri sırasında isə 44-cü yerə enib. 147 ölkə arasında ən çox geriləyən məhz bizim komandadı.

 

Antirekord vuran yığmamız geriləyənlər sırasında Andorra, Malta, San Marino və Ekvadordan da pis nəticə göstərib. Bu ölkələr müvafiq olaraq, 15, 14, 13 və 10 rəqibi özündən irəli buraxıb. Qitə komandaları arasında isə cəmi 4 yığmanı – San Marino, Moldova, İrlandiya və Cəbəllütariqi qabaqlayırıq. 

 

Samit Nuruzadənin yetirmələri hesabında cəmi 17,5 xalı var. Siyahıya 735,0 xalla ABŞ başçılıq edir. İspaniya ikinci (704,7), Fransa üçüncüdü (644).

 

Qeyd edək ki, son illər acınacaqlı durumda olan millimiz Avropa çempionatının seçmə mərhələsinə belə qatılmır.

Xəbər lenti