4 Oktyabr 10:56 Azərbaycan çempionunun oyunu latviyalılara tapşırıldı
TOP OYUNLARI xəbərləri 4 Oktyabr 10:56
401 baxış

Azərbaycan çempionunun oyunu latviyalılara tapşırıldı

Qadın həndbolçular arasında EHF kubokunun II təsnifat mərhələsini idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Nur”un “Viborq”la görüşlərində ədaləti qoruyacaq referilər də dəqiqləşib.

 

Oktyabrın 14-də Danimarkada baş tutacaq qarşılaşma latviyalı hakimlər briqadasına həvalə edilib. Görüşdə Vadim Jaskinlə Eduard Zabko söz sahibləri olacaqlar.

 

Bir gün sonra Viborqda baş tutacaq ikinci oyunu da bu hakimlər idarə edəcəklər. Matçda Avropa Həndbol Federasiyasının nümayəndəsi isə rusiyalı Lyudmila Bodniyeva olacaq.

 

Qarşılaşmalar Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Xəbər lenti