8 Noyabr 17:45 “Azərbaycanda mənə evimdəki kimi münasibət göstərilib”
TOP OYUNLARI xəbərləri 8 Noyabr 17:45
3911 baxış

“Azərbaycanda mənə evimdəki kimi münasibət göstərilib”

Azərbaycan yığmasının voleybolçusu Kseniya Poznyak çıxış etdiyi “Leninqradka” klubunun saytına müsahibə verib. Apasport.az saytı xəbər verir ki, blokçu maraqlı məqamlara toxunub.

 

- Komandada keçirdiyiniz 1 ay haqda təəssüratlarınız necədi?

- Hər şey pozitivdi. Məşqçilər korpusu və qızlar məni yaxşı qarşıladıqları kimi, indi də münasibətimiz yaxşıdı.

 

- Karyeranızın böyük hissəsini Azərbaycanda keçirmisiz. Bu ölkənin çempionatı haqda məlumat verməyinizi istərdik. Başa düşdüyüm qədərilə bütün voleybol qüvvəsi Bakıda cəmləşmişdi...

- Elə idi. Amma son 2 ildə çox şey dəyişib. Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etdi. Görünür, buna çoxlu pullar xərclənmişdi. Klubların sponsorları azaldı. Komandalarda yüksək maaşlı xeyli legioner çıxış edirdi. İndi 3 klub qalıb – “Azərreyl”, “Azəryol” və “Telekom”. Əvvəl biz daim avrokuboklarda iştirak edirdiksə, bu il reqlamentə əsasən, Azərbaycan burda təmsil oluna bilməz. Çünki çempionatda ən azı 5-6 komanda iştirak etməlidi. Əvvəl yerli komandalarla yanaşı, Gürcüstan klubunu da çempionatda oynamağa dəvət etmişdilər. İndi səviyyə də aşağı düşüb, maliyyə vəziyyəti də daha pis olub.

 

- “Leninqradka” klubunun təklifi sizin üçün gözlənilməz oldu?

- İlk danışığımız avqustda baş tutdu. Amma həmin vaxt Avropa çempionatına hazırlaşdığımdan, fikrimi bütünlüklə yığmaya yönəltmişdim. Türkiyə ilə son oyundan sonra agentim yenidən bu mövzunu qaldırdı. Təxminən 1 günə məsələni həll etdik. Bütün sənədlər hazırlandı və 3 gündən sonra mən artıq Sankt-Peterburqda idim. Düzü, həmişə Rusiya çempionatında oynamayacağımı deyirdim. Soyuqdan qorxduğum üçün, ya da başqa səbəbə görə bunu istəmirdim. Lakin yaş keçdikcə fikirlər dəyişir.

 

- Sanki karyeranızda hər şey özü-özünə alınır...

- Bəli, belə demək mümkündü. Vətənimi deyil, başqa yığmanın şərəfini qoruduğumu heç vaxt hiss etməmişəm. Azərbaycanda mənə evimdəki kimi münasibət göstərilib. Yəqin bu səbəbdən 15 il orda yaşadım. Bu isə uzun müddətdi.

 

- Sizi bir neçə dəfə Azərbaycan çempionatının ən yaxşı blokçusu seçiblər. Çempionlar Liqasında da mükafatlandırılmısız. Bundan əlavə, millinin heyətində böyük turnirlərin qalibi olmusuz...

- Həmin vaxt ciddi çempionat yox idi. Millinin bütün üzvləri bir komanda – “Azərreyl”də toplaşmışdı. Hər şey bizim il ərzində bir yerdə hazırlıq keçməyimizə hesablanmışdı. Çempionlar Liqasında oynayırdıq, yığmanın görüşlərində iştirak edirdik. Qalan vaxtı təlim-məşq toplanışında keçirirdik. Yeri gəlmişkən, tez-tez Rusiyaya, Novoqorska gəlirdik. Bütün qışı gəzib, oyunlar keçirirdik.

 

- Azərbaycanda voleybola bu qədər maraq hardandı?

- 2000-ci ildə ölkə prezidenti məşqçimiz Faiq Qarayevə voleybolu qaldırmaq tapşırığı verdi. Məncə, voleybol Azərbaycanda artıq ən populyar idman növlərindən biridi. Dövlət tərəfindən ciddi dəstək var. Xalq da voleybolu çox sevir, oyunlar vaxtı zal tamamilə dolur. Küçədə gəzəndə səni tanıyırlar.

Xəbər lenti