26 Sentyabr 14:28 Azərbaycanlı hakim Belarus – Çexiya matçına  təyinat aldı
TOP OYUNLARI xəbərləri 26 Sentyabr 14:28
686 baxış

Azərbaycanlı hakim Belarus – Çexiya matçına təyinat aldı

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsinin ilk 2 oyunu üçün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası bu gün baş tutacaq qarşılaşmalardan birini beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarova həvalə edib.

 

Göygöldə 2 matçda iş başında olan təmsilçimiz bu dəfə Belarus – Çexiya duelində ədaləti qoruyacaq. O, ikinci referi funksiyasını yerinə yetirəcək. Əsas hakim isə ispaniyalı Mario Bernaola olacaq.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq görüş saat 18:00-da başlanacaq. 

Xəbər lenti