[b]Bundesliqada istefa[/b]
16.05.2018 - 17:06
[b]Bundesliqada istefa[/b]

Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, “Leypsiq” klubu Ralf Hazenhyuttl ilə yollarını ayırıb.

 

2019-cu ilin sonuna qədər müqaviləyə xitam verilməsinin təşəbbüskarı avstriyalı mütəxəssisin özü olub. Onun xahişini nəzərə alan klub rəhbərliyi çalışdırıcıyla anlaşmanı pozub.

 

Məşqçinin bu istəyi isə mövcud müqaviləsinin uzadılması barədə təklifin olmaması ilə bağlıdı. Avstriyalı qarşıdakı mövsümdə gələcək karyerasını dəqiqləşdirmədən işləməyin əleyhinə olub.

 

Qeyd edək ki, “Leypsiq” yeni başa çatan mövsümdə Bundesliqanı 6-cı yerdə bitirib.

0