27 May 12:21 “Emosiyalarımızı cilovlaya bilmədik” – Olena Həsənova
TOP OYUNLARI xəbərləri 27 May 12:21
3074 baxış

“Emosiyalarımızı cilovlaya bilmədik” – Olena Həsənova

“Biz bu oyuna həm zehni, həm fiziki cəhətdən tam hazır idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Olena Həsənova deyib.

 

O, Qızıl Avropa Liqasının Bolqarıstanla səfər oyunu barədə fikirlərini açıqlayıb: “Lakin Bolqarıstanla görüş bizim ilk səfər sınağımız idi. Ola bilər ki, emosiyalarımızı cilovlaya bilmədik. İlk hissədə yaxşı çıxış etdik. Sonrakı setlərdə müdafiə və blokda istədiyimiz kimi oynamadıq. Bu da bizim ən əsas problemimizdi. Nəticədə səfərdən xalsız dönürük”.

 

Qeyd edək ki, yığmamız səfər oyununda 1:3 hesabı ilə uduzub.