[b]“Futbolçularımızın üzərində təzyiq var” – Şahin Diniyev[/b]
28.10.2017 - 17:08
[b]“Futbolçularımızın üzərində təzyiq var” – Şahin Diniyev[/b]

“Çox gərgin oyun oldu. “Keşlə” yeni adı ilə qələbə qzanmaq istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

“Sarı-göylər” Premyer Liqanın X turunda öz səfərdə “İnter”i məğlubiyyətə uğradıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “Bu oyunda xal itirsəydik, bizim üçün çox çətin oldu. Futbolçular gözəl oyundan çox, nəticə üçün oynadılar. Məncə, “İnter”in oyununu yaxşı tutmuşduq, ona görə yaxşı oynadıq. Bu gün futbolçularımızın üzərində təzyiq var. Şükürlər olsun ki, bu gün bu təzyiqi geridə qoyduq. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik”.

 

- Kərim Diniyevivin zədələnməsi yəqin ki, oyun planınızı pozdu. Çətin olmadı?

- Bəli, onun yoxluğu bizim üçün hər zaman problemdi. Çünki Kərim yarımmüdfiə xəttində əvəzedilməz oyunçudu. Zədələnən futbolçulara gəlincə, Kərimin durumu ciddi görsənir, amma Viktorun vəziyyəti yaxşıdır.

0