30 Dekabr 11:31 Həmyerlimizin komandası Ukraynada qış fasiləsinə 2-ci yerdə yollandı
TOP OYUNLARI xəbərləri 30 Dekabr 11:31
479 baxış

Həmyerlimizin komandası Ukraynada qış fasiləsinə 2-ci yerdə yollandı

Kişi voleybolçular arasında Ukrayna Superliqasında ikinci dövrə başa çatıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Vasif Talıbovun çalışdırdığı “Vinnitsa” qış fasiləsinə ikinci pillədə yollanıb.

 

Təmsilçimizin komandası keçirdiyi 14 oyundan 10-da meydanı qələbə ilə başa vurub. Aktivində 29 xalı olan “Vinnitsa” lider “Lokomotiv”dən (Xarkov) 9 xal geri qalır. Ötən mövsümü 3-cü pillədə başa vuran komanda ən yaxın izləyicisi “Barkom-Kajani”ni isə 2 xal qabaqlayır.

 

Çempionatda fasilə yanvarın 12-də başa çatacaq.

 

Qeyd edək ki, Talıbov "Rabitə" və "Telekom"da məşqçi kimi fəaliyyət göstərib. O, Azərbaycan çempionatının qızıl və gümüş medallarına sahib olub. 

Xəbər lenti