19 Noyabr 14:43 Kseniya Poznyakın komandasından əzmkar qələbə
TOP OYUNLARI xəbərləri 19 Noyabr 14:43
258 baxış

Kseniya Poznyakın komandasından əzmkar qələbə

Qadın voleybolçular arasında Rusiya Superliqasında VI tur davam edir. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Kseniya Poznyakın kapitanı olduğu “Leninqradka” “Saxalin”lə qarşılaşıb.

 

Gərgin mübarizə şəraitində keçən görüş 4 set davam edib. Təmsilçimizin komandası ilk hissədə məğlub olsa da, sonradan özündə güc taparaq nəticəni xeyrinə dəyişə bilib – 3:1 (29:31, 25:23, 25:23, 25:23).

 

Qarşılaşmanın bəzi hissələrini ehtiyatda keçirən Poznyak matçda 4 xal toplayıb.

 

Beləliklə, VI turun yekununa əsasən 3 xal qazanan “Leninqradka” 10 xalla 5-cidi.

 

Xəbər lenti