[b]Legionerlər də yığmamıza kömək olmadı [/b]
25.06.2018 - 11:30
[b]Legionerlər də yığmamıza kömək olmadı

[/b]

Basketbolun 3X3 növü üzrə Avropa çempionatının seçmə mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, Andorrada baş tutan A qrupunun oyunlarına Azərbaycan millisi də qatılıb.

 

Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mollenhauer və Mersedes Uolkerdən ibarət komandamız yenə qrupda qalıb. Belə ki, İspaniyaya 14:19, Yunanıstana 17:20 hesabı ilə uduzan təmsilçimiz son 2 matçda qələbə qazanıb. Lakin yığmamızın Andorraya 21:9, İtaliyaya 19:17 hesabı ilə qalib gəlməsi, yarımfinal istəyinin reallaşmasına imkan verməyib. Legionerlərin üstünlük təşkil etdiyi komanda yalnız ev sahiblərini qabaqlayıb. Qrupumuzdan İtaliya və İspaniya isə yoluna davam edəcək.

0