24 Oktyabr 10:30 Lüksemburq klubundan “Azəryol”a nümunə
TOP OYUNLARI xəbərləri 24 Oktyabr 10:30
663 baxış

Lüksemburq klubundan “Azəryol”a nümunə

Lüksemburqun “Dudelanj” həndbol klubu heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın III təsnifat mərhələsində Azərbaycanın “Azəryol” komandasının rəqibi Avropa Həndbol Federasiyasına 18 oyunçu sifariş edib.

 

“Dudelanj” ABU-nun xələfi ilə müqayisədə yerli həndbolçulara güvənəcək. Əgər “Azəryol”un 17 oyunçusundan 11-i əcnəbidisə, rəqib cəmi 2 legionerlə mübarizə aparacaq. Bunlar Fransadan Melissa Qaspard, Belçikadan Katerin Qreişdi.

 

“Dudelanj” bu oyunçularla yanaşı, Korinne Dami, Cessika Dami, Şaron Diskes, Kristina Ellmann, Nora Fişbax, Svenya Qambini, Yana Jilkova, Coy Krier, Sindi Krirziu, Mara Lisarelli. Klaudine Şaffener, Lisa Şeuer, Kati Şonq, Kim Ties, Fabienne Tiri və Kim Virtzə şans verəcək.

 

Qeyd edək ki, oyunların hər ikisi Lüksemburqda olacaq. Komandalar ilk görüşlərini noyabrın 18-də, cavab matçını ertəsi gün keçirəcək.

 

Xəbər lenti