22 Sentyabr 21:52 Macarıstan – Azərbaycan matçının STATİSTİKAsı
TOP OYUNLARI xəbərləri 22 Sentyabr 21:52
729 baxış

Macarıstan – Azərbaycan matçının STATİSTİKAsı

Qadın voleybolçular arasında Avropa çempionatının A qrupunun ilk matçı olan Macarıstan – Azərbaycan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin 3:0 hesabı ilə qalib gəldiyi görüşün ən dəyərli oyunçusu Polina Rəhimova seçilib.

 

Yığmamızın voleybolçu 23 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (22 xal) nominasiyasında da hamıdan güclü olub.

 

Ən yaxşı top qəbul edən isə rəqibin üzvüdür. Siyahıda Rita Lilum hamını qabaqlayıb. Millimizin oyunçusu Olena Həsənova isə ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub. O, 4 dəfə rəqib hücumunun qarşısını alıb.

 

Faiq Qarayevin yetirmələrinin tam statistikasına gəlincə, Rəhimova 23, Natalya Məmmədova 6, Kseniya Poznyak və Yelizaveta Səmədova 8, Olena Həsənova və Odina Bayramova 5, Kristina Yaqubova isə 3 xal toplayıb.

 

Qeyd edək ki, millimiz A qrupunda Macarıstan, Rusiya və Polşa ilə mübarizə aparacaq.

 

Xəbər lenti