19 Sentyabr 09:59 Millimiz İtaliyaya uduzdu
TOP OYUNLARI xəbərləri 19 Sentyabr 09:59
427 baxış

Millimiz İtaliyaya uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri növbəti dəfə İtaliya yığması ilə üz-üzə gəliblər.

 

Avro-2017-nin final mərhələsinin keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutan görüş paytaxtımızda qonaq olan apenninlilərin qələbəsi ilə yekunlaşıb. İtaliyalılar 3:1 (25:18, 25:22, 24:26, 25:15) hesabı ilə qalib gəliblər.

 

Komandamızın heyətində Polina Rəhimova ən məhsuldar oyunçu olub. Onun 15 zərbəsi millimizə xal gətirib. 

Xəbər lenti