27 Oktyabr 10:02 Millimizin oyunçusundan Rusiya çempionatında növbəti qələbə
TOP OYUNLARI xəbərləri 27 Oktyabr 10:02
547 baxış

Millimizin oyunçusundan Rusiya çempionatında növbəti qələbə

Qadın voleybolçular arasında Rusiya çempionatında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə Azərbaycan millisinin blokçusu Kseniya Poznyakın şərəfini qoruduğu “Leninqradka” Krasnodar “Dinamo”sunu qəbul edib.

 

Görüş təmsilçimizin komandası üçün uğurlu alınıb. Onlar 3 xalı 3 setlə qazanıblar - 3:0 (25:23, 25:20, 26:24).

 

Bu qələbədən sonra xalını 6-ya çatdıran “Leninqradka” 5-ci pilləyə yüksəlib. 

Xəbər lenti