12 Aprel 10:32 NBA: Müntəzəm çempionata yekun vuruldu
TOP OYUNLARI xəbərləri 12 Aprel 10:32
1611 baxış

NBA: Müntəzəm çempionata yekun vuruldu

Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm çempionata yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turunda 12 görüş keçirilib.

 

Qərb konfransında pley-offa sonuncu vəsiqənin taleyinə aydınlıq gəlib. “Denver Naqqets”i qəbul edən “Minnesota Timbervulvz” overtayma gedən matçdan qalib ayrılaraq, müntəzəm çempionatı səkkizinci pillədə bitirib.

 

Gecənin bir digər maraqla gözlənilən oyununda “Portlend Treyl Bleyzers” “Yuta Caz”ı üstələyərək, pley-offa üçüncü sıradan vəsiqə qazanıb. “Memfis Qrizzlis”i məğlub edən “Oklahoma-Siti Tander” isə yekunda dördüncü pilləni tutub.

 

“Boston Seltiks” – “Bruklin Nets” – 110:97

“Klivlend Kavalyers” – “Nyu-York Niks” – 98:110

“Mayami Hit” – “Toronto Reptors” – 116:109 (overtaym)

“Minnesota Timbervulvz” – “Denver Naqqets” – 112:106 (overtaym)

“Nyu-Orlean Pelikans” – “San-Antonio Spörs” – 122:98

“Oklahoma-Siti Tander” – “Memfis Qrizzlis” – 137:123

“Orlando Məcik” – “Vaşinqton Vizards” – 101:92

“Filadelfiya 76ers” – “Miluoki Baks” – 130:95

“Çikaqo Bullz” – “Detroyt Pistons” – 87:119

“Los-Anceles Klippers” – “Los-Anceles Leykers” – 100:115

“Portlend Treyl Bleyzers” – “Yuta Caz” – 102:93

“Sakramento Kinqz” – “Hyuston Rokets” – 96:83

 

Beləliklə, NBA-da bütün pley-off cütlüklərinə aydınlıq gəlib:

 

Şərq konfransı

“Toronto Reptors” (1) – “Vaşinqton Vizards” (8)

“Boston Seltiks” (2) – “Miluoki Baks” (7)

“Filadelfiya 76ers” (3) – “Mayami Hit” (6)

“Klivlend Kavalyers” (4) – “İndiana Peysers” (5)

 

Qərb konfransı

“Hyuston Rokets” (1) – “Minnesota Timbervulvz” (8)

“Qolden Steyt Vorriorz” (2) – “San-Antonio Spörs” (7)

“Portlend Treyl Bleyzers” (3) – “Nyu-Orlean Pelikans” (6)

“Oklahoma-Siti Tander” (4) – “Yuta Caz” (5)

 

NBA-da pley-off mərhələsinə aprelin 14-də start veriləcək. Ən tez 4 qələbəyə çatan komandalar növbəti etapa vəsiqə qazanacaqlar.

Xəbər lenti