[b]NBA tarixində bir ilk[/b]
03.05.2018 - 17:42
[b]NBA tarixində bir ilk[/b]

NBA komandalarından “Finiks Sans” yeni baş məşqçisinin adını açıqlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Arizona təmsilçisi İqor Kokoşkovla anlaşıb.

 

Kokoşkov Şimali Amerika xaricində doğulan və böyüyən ilk NBA məşqçisi kimi tarixə düşüb. Serbiyalı mütəxəssis “Los-Anceles Klippers”, “Detroyt Pistons”, “Finiks Sans”, “Klivlend Kavalyers”, “Orlando Mecik” və “Yuta Cazz” kimi NBA komandalarında köməkçi-məşqçi işləyib. Bununla yanaşı, Kokoşkov Gürcüstan və Sloveniya yığma komandalarını çalışdırıb.

 

O, 2004-cü ildə Lerri Braunun köməkçisi kimi “Detroyt Pistons”la NBA çempionluğu yaşayıb. Həmçinin İqor Kokoşkovun baş məşqçisi olduğu Sloveniya yığması 2017-ci ildə Avropa çempionatının qalibi olub.

0