15 Mart 13:42 “Onların milliyə düşməsi üçün böyük şansları var” – Faiq Qarayev
TOP OYUNLARI xəbərləri 15 Mart 13:42
1044 baxış

“Onların milliyə düşməsi üçün böyük şansları var” – Faiq Qarayev

Azərbaycan Voleybol Federasiyası (AVF) Bakıda voleybolla məşğul olan qız komandalarında çıxış edən uşaqların valideynləri ilə görüş keçirib. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzinin idman zalında baş tutan yığıncaqda 200-ə yaxın valideyn iştirak edib.

 

Görüşə AVF-nin I vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Vəsilə Abulova və federasiya nümayəndələri qatılıblar. Qarayev valideynlərə AVF-nin gənc oyunçularla bağlı planlarından danışıb.

 

O qeyd edib ki, klublarımızın çox olması bizim üçün yaxşı haldı: “Amma bizi, məni əsas komanda düşündürür. Hər bir valideyninin böyük şansları var ki, övladı milli komandanın tərkibinə düşsün. Ona görə də hər bir oyunçu var gücü ilə çalışmalıdı. Artıq belə görüşlərimiz tez-tez olacaq”.

 

Daha sonra söz valideynlərə verilib. Onlar öz razılıqlarını bildiriblər.

 

Görüş zamanı voleybolçu qızlara hər zaman dəstək olan 269 nömrəli məktəbin direktoru Alla Vəzirovaya təşəkkür edilib. 2017-ci ilin sentyabrında Leninqradskiy oblast Sankt-Peterburq da MDB məktəbliləri arasında keçirilən festivalda I yerin sahibi olmuş məktəbin şagirdlərinə mükafatlar təqdim olunub. Həmin yarışda 8 komanda iştirak edib (2 Moldova, 2 Leninqrad vilayəti Sankt-Peterburq, 1 Qazaxıstan, 1 Azərbaycan, 1 Moskva vilayəti, 1 Özbəkistan). Festivalda çıxış edən komandanın baş məşqçisi isə Tatyana Semyonovna olub.

 

Görüşün sonunda valideynlər, uşaqlar və AVF nümayəndələri söhbətlərini çay süfrəsi ərafında davam etdiriblər.

 

AVF rəhbərliyinin növbəti görüşü kişi komandalarında oynayan oğlanların valideynləri ilə olacaq.

Xəbər lenti