[b]Polina Rəhimova İtaliyaya müqavilə bağlamağa yollandı [/b]
11.06.2018 - 14:21
[b]Polina Rəhimova İtaliyaya müqavilə bağlamağa yollandı
[/b]

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu bu məqsədlə Apennin yarımadasına da yollanıb.

 

Onun bu həftə A seriyasında mübarizə aparan “Kazalmadjore” ilə rəsmi müqaviləyə imza atacağı bildirilir. Rəhimova artıq sosial şəbəkələrdəki hesabından “Salam, İtaliya” paylaşımını da edib.

 

Qeyd edək ki, Rəhimova son mövsümü Türkiyə “Fənərbaxça”sında keçirib.

0