9 Mart 09:11 Polina Rəhimova komandasını yarımfinala daşıdı
TOP OYUNLARI xəbərləri 9 Mart 09:11
413 baxış

Polina Rəhimova komandasını yarımfinala daşıdı

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında 1/4 final mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarımfinala yüksələn 3 komandanın adına aydınlıq gəlib.

 

Belə ki, Marqarita Əzizovanın şərəfini qoruduğu “Beşiktaş” məğlubiyyətə üzüldüyü halda, Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” mərhələ adlayıb. “Sarı-lacivərdlilər” “Bursa BŞB” klubuna qalib gəlib. Mərhələnin ilk matçında rəqibini 3:1 hesabı ilə məğlub edən Rəhimovanın komandası ikinci görüşdə 3:2 hesabı ilə qələbə qazanıb.

 

Polina görüşdə 28 xal toplamaqla, “Fənərbaxça”nın ən məhsuldar oyunçusu olub.

 

Yarımfinalda “Fənərbaxça” ilə yanaşı, “Əczaçıbaşı” və “Vakıfbank” oynamaq hüququ qazanıb. “Qalatasaray” – “Halkbank” duelində isə hər komanda bir qələbə qazandığından qalib üçüncü oyunda müəyyənləşəcək.

 

Qeyd edək ki, “Beşiktaş” “Vakıfbank”a uduzmuşdu.

Xəbər lenti