[b]Polinanın 33 xalı qələbəyə bəs etmədi[/b]
11.01.2018 - 23:14
[b]Polinanın 33 xalı qələbəyə bəs etmədi[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının II tur oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” da növbəti matçına çıxıb.

 

B qrupunda çıxış edən İstanbul təmsilçisi İtaliya “Novara”sı ilə qarşılaşıb. İstanbulda baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2 (24:26, 19:25, 25:22, 25:19, 15:6).

 

Oyunu yüksək səviyyədə keçirən Rəhimova 33 xal toplasa da, bu, qələbə üçün yetərli olmayıb.

 

Milli üzvü 27 hücum, 2 “eys” və 4 blok xalı qazanıb.

 

Qeyd edək ki, 2 oyundan sonra aktivində 4 xal olan “Fənərbaxça” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

0