[b]Portuqaliya Azərbaycanla oyunun saatını açıqladı[/b]
07.05.2018 - 10:26
[b]Portuqaliya Azərbaycanla oyunun saatını açıqladı[/b]

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında Azərbaycan millisinin Portuqaliya ilə oyununun vaxtında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, rəqibimiz qarşılaşmaların startı ərəfəsində ev matçların saatını açıqlayıb.

 

Belə ki, oyun  Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. İyunun 2-də olacaq qarşılaşma Matozinyuş şəhərinin İdman və Konqres Mərkəzində baş tutacaq.

 

Qeyd edək ki, Portuqaliya ilə oyun daha öncə 03:00 kimi göstərilirdi. Bu da rəqibimizin Avropa Voleybol Konfederasiyasının təqvimində dəyişiklik etməməsi ilə bağlı idi.  

 

0