[b]“Qarşımıza Çempionlar Liqasını qazanmaq tapşırığı qoymuşuq” – Dieqo Simeone[/b]
12.09.2017 - 11:34
[b]“Qarşımıza Çempionlar Liqasını qazanmaq tapşırığı qoymuşuq” – Dieqo Simeone[/b]

“Bizim üçün yeni yürüş başlayır və tam hazırıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib.

 

Çempionlar Liqasında (ÇL) “Qarabağ”la birlikdə C qrupunda yer alan Madrid təmsilçisi ilk görüşünü bu gün “Roma”ya qarşı keçirəcək.

 

Matçdan öncə UEFA-nın rəsmi saytına açıqlama verən Simeone maraqlı fikirlər səsləndirib.

 

Argentinalı çalışdırıcı qarşılarına ÇL-in qalibi olmaq tapşırığı qoyduqlarını qeyd edib: “Keçmişdə olan keçmişdə qalır. Biz Çempionlar Liqasında 2 dəfə finala çıxmağımızı unutmuşuq. Bu turnirdə yeni mövsümə “Roma” ilə oyunla start verəcəyik. Rəqibimiz əla komandadı və estetik, gözəl futbol oynamağı sevir. “Roma”nın cinahları daha güclüdü. Bu komandanın heyətində texnikalı futbolçular cəmləşib. Buna baxmayaraq, bizim də hədəfimiz var. Qarşımıza Çempionlar Liqası qazanmaq tapşırığı qoymuşuq. Mən “Atletiko”nun gələcəyinə inanıram”.

 

Qeyd edək ki, “Roma” – “Atletiko” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək. Bu qrupun digər görüşündə “Qarabağ” “Çelsi”nin qonağı olacaq.

 

0