27 Fevral 20:41 Rəhimova və “Fənərbaxça” qapını bərk çırpdı
TOP OYUNLARI xəbərləri 27 Fevral 20:41
522 baxış

Rəhimova və “Fənərbaxça” qapını bərk çırpdı

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” da meydana çıxıb. 

 

İstanbul təmsilçisi doğma meydanda “Agel Prosteyov” ilə qarşılaşıb.

 

Görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. İstanbullular 3:1 (25:23, 23:25, 25:13, ) hesabı ilə qalib gəliblər. Rəhimova hamıdan çox – 20 xal toplayıb. O, matçın bombardiri və ən yaxşı oyunçusu olub.

 

Bu qələbə “Fənərbaxça”nın qrupda qalmasına əngəl olmayıb. Üçüncü yerdə qərarlaşan “sarı bülbüllər” Çempionlar Liqasını 9 xalla başa vurub.

 

Qeyd edək ki, Rəhimovadan fərqli, millimizin digər üzvü Natalya Məmmədova pley-offda oynayacaq. Onun çıxış etdiyi Kazan “Dinamo”su artıq növbəti mərhələyə yüksəlib.  

 

Xəbər lenti