27 May 19:42 “Səfərə böyük özünəinam hissi ilə yollanacağıq” – yığmamızın rəqibi
TOP OYUNLARI xəbərləri 27 May 19:42
217 baxış

“Səfərə böyük özünəinam hissi ilə yollanacağıq” – yığmamızın rəqibi

“Azərbaycanla oyunun nəticəsindən razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Bolqarıstan yığmasının baş məşqçisi İvan Petkov deyib.

 

Balkanlı mütəxəssis Qızıl Avropa Liqasının Azərbaycanla oyunundakı 3:1 hesablı qələbəyə şərh verib: “Evdə keçirdiyimiz ilk üç oyunda qalib gəlmişik. Bu da I dövrə üçün əsas vəzifəmiz idi. İndi qarşıdakı səfər matçlarına böyük özünəinam hissi ilə yollanacağıq. Ümid edirəm ki, Budapeştdəki “Dördlər finalı”na yüksələcəyik”.

Xəbər lenti