18 Oktyabr 10:45 Ukrayna yığmasının üzvü yenidən Azərbaycanda
TOP OYUNLARI xəbərləri 18 Oktyabr 10:45
2549 baxış

Ukrayna yığmasının üzvü yenidən Azərbaycanda

“Azərreyl” daha 2 voleybolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “dəmiryolçular” ukraynalı oyunçularla gücləniblər.

 

Bu voleybolçulardan biri Azərbaycan azarkeşləri üçün tanış sımadı. Ötən mövsüm “Azəryol”da çıxış edən Ukrayna millisinin blokçusu Svetlana Dorsman yeni ildə “Azərreyl”in uğurları üçün çalışacaq. Super Liqanın bürünc medalçısı olan 24 yaşlı oyunçu ilə 1 illik razılıq əldə edilib.

 

Digər voleybolçu Anna Dovhopolyukdu. 32 yaşlı hücumçu İsrailin “Makkabi” klubundan transfer edilib. 187 sm boya malik ukraynalı həmyerlisi kimi 1 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, “Azərreyl” bu oyunçulardan öncə baş məşqçi Famil Ağayev, Azərbaycan millisinin üzvləri Valeriya Məmmədova, Yekaterina Jidkova, Ceyran Əliyeva, Aynur Kərimova, Ayşən Abduləzimova və Şəfaqət Həbibova ilə də müqaviləni bir illik artırıblar. Argentina millisinin hücumçusu Tanya Akosta isə komanda ilə razılıq əldə etdiyini açıqlasa da, hələlik “dəmiryolçular” onunla hansısa rəsmi anlaşmanı təsdiqləmir. 

 

Xəbər lenti

Xəbər lenti