11 Aprel 15:50 Yelizaveta Səmədovanın komandası dayandı
TOP OYUNLARI xəbərləri 11 Aprel 15:50
582 baxış

Yelizaveta Səmədovanın komandası dayandı

Qadın voleybolçular arasında İtaliya A seriyasında yarımfinal matçları davam edir. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin üzvü Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Konegliano” ilə üçüncü dəfə üz-üzə gəlib.

 

İlk 2 görüşdə rəqibinə 0:3 və 1:3 hesabı ilə uduzan Florensiya təmsilçisi bu dəfə də məğlubiyyətə üzülüb. “Konegliano” “quru hesabla” qalib gəlib. Səmədova isə yenə də ehtiyatda qalib.

 

“Konegliano” A seriyasında ilk finalçı olduğu halda, “Skandiççi” 2017/2018 mövsümünü başa vurub. Digər finalçı isə “Busto Arsizio” – “Novara” cütünün qalib olacaq.

 

Qeyd edək ki, Səmədova “Skandiççi”nin heyətində bu mövsüm cəmi 1 matça çıxıb. O, XIII tur çərçivəsində “Kasalmaggiore” görüşdə 9 xal toplayıb və komandası 3:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti