[b]Yenə "Azərreyl" və "Abşeron" qələbə qazandı - YENİLƏNİB[/b]
13.04.2018 - 18:42
[b]Yenə "Azərreyl" və "Abşeron" qələbə qazandı - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günə “Azərreyl” – “Lokomotiv” matçı ilə start verilib.

 

“Dəmiryolçular”ın duelində Famil Ağayevin komandası rəqibinə heç bir şans verməyib. Artıq çempionluğunu təmin edən “Azərreyl”in bu dəfə də 3:0 hesabı ilə qalib gələrək, mövsümdəki qələbə sayını 11-ə çatdırıb.

 

Tura “Abşeron” AVF matçı ilə yekun vurulub. Super Liqanın gümüş medalçısı rəqibin onlardan zəif olduğunu növbəti dəfə təsdiqləyib. Belə ki, Eldar Yusubovun yetirmələri AVF ilə qarşılaşmada üçüncü dəfə 3 xala yiyələniblər. Onlar bununla III dövrədəki məğlubiyyətin təsadüfi olduğunu da sübuta yetiriblər.

 

13 aprel

Super Liqa

XI tur

 

“Abşeron” – AVF - 3:1 (25:23, 20:25, 25:11, 25:18)

Voleybol Mərkəzi

 

I dövrə: “Azərreyl” - AVF - 3:0 (25:23, 25:19, 25:13)

II dövrə: AVF – “Azərreyl” - 0:3 (19:25, 22:25, 17:25)

III dövrə: “Azərreyl” – AVF - 3:1 (25:21, 21:25, 25:16, 25:21)

 

“Azərreyl” – “Lokomotiv” - 3:0 (25:12, 25:11, 25:18)

Voleybol Mərkəzi

 

I dövrə: “Lokomotiv” – “Abşeron” - 0:3 (21:25, 17:25, 19:25)

II dövrə: “Abşeron” – “Lokomotiv” – 3:0 (25:22, 25:19, 25:13)

III dövrə: “Abşeron” – “Lokomotiv” - 3:0 (25:11, 25:10, 25:17)

N

Komanda

O

Q

M

S

T

X

1

Azərreyl

11

11

0

33-3

895-648

33

2

Abşeron

11

7

4

25-13

863-744

22

3

AVF

11

4

7

14-23

758-823

11

4

Lokomotiv

11

0

11

0-33

530-831

0

 

 

0