2 Sentyabr 11:44 Yığmamız xorvatlara şans vermədi
TOP OYUNLARI xəbərləri 2 Sentyabr 11:44
742 baxış

Yığmamız xorvatlara şans vermədi

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Xorvatiya yığması ilə üçüncü dəfə üz-üzə gəliblər.

 

Qarşılaşma komandamızın qələbəsi ilə yekunlaşıb. Belə ki, voleybolçularımız rəqibi hər 3 setdə üstələməyi bacarıblar – 3:0.

 

Qeyd edək ki, yığmamız xorvatlarla keçirdiyi ilk iki görüşün birində qələbə (3:1) qazanıb, birində isə bərabərə (2:2) qalıb.

 

Xəbər lenti