1 Noyabr 09:35 Yığmamızın kapitanı məğlubiyyətə üzüldü
TOP OYUNLARI xəbərləri 1 Noyabr 09:35
862 baxış

Yığmamızın kapitanı məğlubiyyətə üzüldü

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə Azərbaycan millisinin oyunçuları da meydana çıxıblar.

 

Yığmamızın kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş”ın qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:0 (25:21, 25:11, 25:21) hesablı qələbəsi ilə başa çatıb. Əzizovanın ehtiyatda qaldığı matçda Bayramova 8 xal toplayıb.

 

Yana Kulanın komandası “Bəylikdüzü” isə “Bursa BŞB”ni qəbul edib. Görüş ev sahiblərinin çətin qələbəsi ilə yekunlaşıb – 3:2 (12:25, 25:21, 13:25, 25:21, 15:10). Hücumçumuz 15 dəqiq zərbə ilə fərqlənib.

 

Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” bu gün “Qalatasaray”la oynayacaq.

 

Qeyd edək ki, V turda baş tutan matçlardan sonra “Beşiktaş” 6 xalla 7-ci, “Bəylikdüzü” və “Seramiksan” 5 xalla müvafiq olaraq, 9-cu və 10-cu yeri tuturlar. 

Xəbər lenti

Xəbər lenti