[b]Yığmamızın oyunçusu Fransa kubokunun yarımfinalında[/b]
05.01.2018 - 15:10
[b]Yığmamızın oyunçusu Fransa kubokunun yarımfinalında[/b]

Qadın voleybolçular arasında Fransa kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin toppaylayıcısı Olena Həsənovanın şərəfini qoruduğu “Le Kann” yarımfinala gedən yolda “Paris Sen-Klu” ilə üz-üzə gəlib.

 

Matç təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. “Le Kann” rəqibini 3:1 (18:25, 25:18, 25:21, 25:18) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

 

Həsənova qarşılaşmada 12 xal toplayıb.

 

Qeyd edək ki, Anastasiya Qurbanovanın çıxış etdiyi “Venel” 1/8 finalda mübarizəni dayandırıb. 

0