25 Dekabr 09:42 Yığmamızın voleybolçuları evləndilər - VİDEO
TOP OYUNLARI xəbərləri 25 Dekabr 09:42
2998 baxış

Yığmamızın voleybolçuları evləndilər - VİDEO

Azərbaycan millisinin voleybolçuları Elmin Alışanovla Şəfaqət Həbibova subaylığın daşını atıblar. Apasport.az saytının məlumatına görə, yığmamızın blokçusu ilə toppaylayıcısı bir-birilə evləniblər.

 

Onların toy mərasimi Bakıda baş tutub. Mərasimin ən maraqlı məqamı isə bəylə gəlinin şadlıq sarayına daxil olması zamanı yaşanıb. Belə ki, milli üzvləri və rəsmiləri 2 hissədə bölünərək, simvolik olaraq bir-birləri ilə voleybol oynayıblar. Bu sürpriz isə bütün qonaqların alqışlarla qarşılanıb.