Avropa çempionatının ilk yarımfinal matçının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA Portuqaliya və Uelsin qarşılaşmasının təyinatlarını açıqlayıb.
İyulun 6-da Lion şəhərində baş tutacaq görüşü isveçli Yonas Eriksson idarə edəcək.
Avropa çempionatı - 2016
Yarımfinal mərhələsi
6 iyul
23:00. Portuqaliya - Uels
Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu