Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində ağırlıqqaldırma yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, birdən qaldırma hərəkətində 65 kq nəticə göstərərək üçüncü yeri tutan Nuray Əbilova daha iki bürünc medal qazanıb.
15 yaşlı idmançımız təkanla qaldırma hərəkətində 79 kq nəticə göstərib. Beləliklə, ümumilikdə 144 kq çəkini başı üzərinə qaldıran Nuray Əbilova yarışı 3 bürünc medalla başa vurub.
***
14:40
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bu gün ağırlıqqaldırma yarışlarına start verilib.
48 kq çəki dərəcəsində çıxış edən Nuray Əbilova bürünc medal qazanıb.
Rəqiblərindən yaşca kiçik olan idmançımız birdən qaldırma hərəkətində 65 kq nəticə göstərərək üçüncü yeri tutub.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb