Azərbaycan Ağırlıqqaldırma Federasiyası daha iki məktəbi avadanlıqla təmin edib
11.06.2026 - 12:13
Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.
Apasport.az xəbər verir ki, daha 2 məktəb avadanlıqla təmin olunub.
Avadanlıqlar "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və "Təhsil" Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.
- Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib - FOTO
- Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək
- Azərbaycan gimnastları üçün antidopinq maarifləndirmə seminarı keçirilib
- Dadaş Dadaşbəyli: "Mənimçün möhtəşəm yarış oldu"
- İslam Oyunları: Ağırlıqqaldıranımız gümüş medal qazanıb - YENİLƏNİB
0
0