İsa Rüstəmov İslamiadada üç medal qazandı - FOTO
09.11.2025 - 21:07
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışı ilə yadda qalıb.
Apasport.az saytının yarışa ezam olunan əməkdaşının verdiyi məlumata görə, millimizin üzvü 71 kq çəki dərəcəsində mübarizə aparıb və üç medal qazanıb.
Rüstəmov birdən qaldırmada 147 kq çəkini ram edərək bürünc medal, təkanla qaldırmada isə 177 kq nəticə göstərərək gümüş medal əldə edib.
Ümumilikdə 324 kq (147+177) nəticə ilə idmançımız ümumi hesabda üçüncü yeri tutub və İslam Həmrəyliyi Oyunlarını üç medalla başa vurub.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb
0
0