Ronaldinyo futbola qayıtdı - İLK MATÇINDA İKİ QOL
16.11.2026 - 11:16
Ronaldinyo futbola qayıtdı - İLK MATÇINDA İKİ QOL

Braziliyalı futbol əfsanəsi Ronaldinyo 11 illik fasilədən sonra yenidən rəsmi futbol matçında meydana çıxıb.

Apasport.az xəbər verir ki, İtaliya C Seriyasının B qrupunda keçirilən “Ravenna” – “Forli” qarşılaşmasında 46 yaşlı futbolçu start heyətində yer alıb. O, 45 dəqiqə meydanda olub və fasilədə Matteo Maqqio ilə əvəzlənib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Ravenna”nın qollarını Culio Donati və Simone Rabbi vurublar. Bu qələbədən sonra komandanın xalları 32-yə yüksəlib.

Qeyd edək ki, futbolçu karyerasına “Qremio”da başlayan Ronaldinyo daha sonra PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” klublarında çıxış edib. Braziliyalı ulduz 2015-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.